Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi 7 sentyabr 2020-7 aprel 2021-ci il tarixlərini əhatə edir. Layihənin əsas məqsədi İsmayıllı rayonunun Buynuz, Xanəgah, Topçu, Təzəkənd, Sumağanlı kəndlərində və Lahıc qəsəbəsində sahibkarlığın inkişafı, məşğulluğun təmin edilməsi və əhalinin rifah halının yaxşılaşdırılmasıdır.
Eyni zamanda layihə aşağıdakı Strateji Yol Xəritələrinin və Strategiyalarının məqsədlərini və prioritet hədəflərini dəstəkləyir.