BİZ KİMİK?Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi 7 sentyabr 2020-7 aprel 2021-ci il tarixlərini əhatə edir.


Layihənin əsas məqsədi İsmayıllı rayonunun Buynuz, Xanəgah, Topçu, Təzəkənd, Sumağanlı kəndlərində və Lahıc qəsəbəsində sahibkarlığın inkişafı, məşğulluğun təmin edilməsi və əhalinin rifah halının yaxşılaşdırılmasıdır.


Eyni zamanda layihə aşağıdakı Strateji Yol Xəritələrinin və Strategiyalarının məqsədlərini və prioritet hədəflərini dəstəkləyir:



1. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsinin

1.1. 3.1.38-ci bəndi - Ölkə əhalisinin sahibkarlıq fəaliyyətinə cəlbedilmə dairəsinin genişləndirilməsi, o cümlədən aztəminatlı əhalinin özünüməşğulluğunun təmin edilməsi məqsədilə dəstək tədbirləri görmək, habelə aidiyyəti dövlət qurumlarının həyata keçirdikləri bu növ dəstək tədbirlərini əlaqələndirmək;

1.2. 3.1.44-cü bəndi - Sahibkarlara öz fəaliyyətini qurmağa və genişləndirməyə imkan verən, müxtəlif xidmətləri və imkanları bir arada təklif edən proqramlar, dəstək tədbirləri və layihələr həyata keçirmək;

2. Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin:

2.1. 9-cu strateji hədəfinin prioriteti - Kənd turizminin və ekoturizmin inkişaf etdirilməsi;
2.2. 9-cu strateji hədəfinin prioriteti - Kənd yerlərinin sosial-iqtisadi inkişaf siyasəti üzrə potensialının gücləndirilməsi;
2.3. 9-cu strateji hədəfinin prioriteti - Kənd yerlərində alternativ fəaliyyət sahələrinin inkişafının dəstəklənməsi;

3. 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının hədəflərini :

3.1. Məşğulluq siyasətinin ekstensiv mərhələdən intensiv mərhələyə keçidini təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq, tam məşğulluğu təmin etmək, layiqli əməyi dəstəkləmək və əmək məhsuldarlığını yüksəldilməsi;
3.2. Məşğulluq yönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi;

Layihənin əsas hədəf qrupu kənd sakinləri, xüsusilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən və ya özünü bu sahədə inkişaf etdirmək istəyən işsiz gənclər, qadınlar və gənc ailələrdir.

Layihənin icrası nəticəsində aşağıdakı nəticələr gözlənilir :

- Buynuz, Xanəgah, Təzəkənd, Topçu və Sumağanlı kəndlərində və Lahıc qəsəbəsində sahibkarlıq fəaliyyəti təşviq ediləcək;
- 300 nəfər kənd sakini sahibkarlıq imkanları ilə yanaşı özünəməşğulluq imkanları barədə məlumatlanacaq;
- 15 gənc ailənin (təxminən 60 nəfərin) maddi vəziyəti yaxşılaşdırılacaq, işsizlik və sosial təminat kimi problemləri qismən həll olunacaq;
- 15 sahibkarlıq obyekti turizm sahəsində fəaliyyətə başlayacaq;
- Kənlərdə yerli icmanın gəlirlilik səviyyəsi artacaq;
- Layihə yerli turizmin inkişafına müsbət təsir göstərəcək.