"Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı" layihəsi aşağıdakı Strateji Yol Xəritələrinin və nizamnamələrin bəndlərini dəstəkləyir:



1. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsinin müvafiq bəndlərini:


1.1. 3.1.38-ci bəndi - Ölkə əhalisinin sahibkarlıq fəaliyyətinə cəlbedilmə dairəsinin genişləndirilməsi,o cümlədən aztəminatlı əhalinin özünüməşğulluğunun təmin edilməsi məqsədilə dəstək tədbirləri görmək, habelə aidiyyəti dövlət qurumlarının həyata keçirdikləri bu növ dəstək tədbirlərini əlaqələndirmək;

1.2. 3.1.44-cü bəndi - Sahibkarlara öz fəaliyyətini qurmağa və genişləndirməyə imkan verən, müxtəlif xidmətləri və imkanları bir arada təklif edən proqramlar, dəstək tədbirləri və layihələr həyata keçirmək;

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi


2. Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin müvafiq hədəflərini və prioritetlərini:


2.1. 9-cu strateji hədəfinin prioriteti - Kənd turizminin və ekoturizmin inkişaf etdirilməsi;
2.2. 9-cu strateji hədəfinin prioteti - Kənd yerlərinin sosial-iqtisadi inkişaf siyasəti üzrə potensialının gücləndirilməsi;
2.3. 9-cu strateji hədəfinin prioteti - Kənd yerlərində alternativ fəaliyyət sahələrinin inkişafının dəstəklənməsi;

Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi


3. 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının müvafiq hədəflərini:


3.1. Məşğulluq siyasətinin ekstensiv mərhələdən intensiv mərhələyə keçidini təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq, tam məşğulluğu təmin etmək, layiqli əməyi dəstəkləmək və əmək məhsuldarlığını yüksəldilməsi;
3.2. Məşğulluq yönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi;

Azərbaycan Respublikasının Məşğulluq Strategiyası


4. Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin müvafiq hədəfini və prioritetini:


4.1. 3-cü strateji hədəfini - Yerli və regional turistlər üçün regional turizm növlərinin inkişaf etdirilməsi;
4.2. 3-cü strateji hədəfinin prioriteti - Davamlı turizm potensialının gücləndirilməsi (ekoturizm, kənd turizmi və s.).

Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi