“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin “təlim və hüquq” mərhələsi uğurla yekunlaşıb. Peşəkar təlimçilərin iştirakı ilə təşkil olunan təlimlər gələcəyin sahibkarlarının böyük marağına səbəb olub. 10-19 mart 2021-ci il tarixlərində həyata keçirilən son təlimlərdən görüntüləri təqdim edirik.
Qeyd edək ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə 2020-ci ilin sentyabr ayından etibarən “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilir.