Bir çox izləyici məşğulluq imkanları ilə bağlı davamlı olaraq müxtəlif suallar ünvanlayır.

Məhz buna görə də 26 yanvar saat 21:00-da layihənin “Facebook” səhifəsində canlı yayım vasitəsilə Dövlət Məşğulluq Agentliyinin aparıcı mütəxəssisi Cavid Süleymanov və baş mütəxəssis Eldar Əliyev Agentliyin fəaliyyəti və məşğulluq imkanlar barədə izləyicilərin suallarını cavablandıracaq.

Suallarınızı əvvəlcədən səhifənin mesaj və ya şərh bölməsinə yazmağınız xahiş olunur. Eyni zamanda səhifəyə yazılan əvvəlki suallara da toxunulacaq.

Dövlət Məşğulluq Agentliyi ilə canlı yayım baş tutacaq
Dövlət Məşğulluq Agentliyi ilə canlı yayım baş tutacaq