Azad Qəhrəmanlının təqdimatında “Peşəkar müştəri xidməti” mövzusunda təlim baş tutub. Təlim iştirakçılarına müştəri məmnuniyyəti və xidməti, müştərilərin psixoloji tipləri, xidmət tərzləri və s. barədə geniş məlumat verilib, sualları ətraflı şəkildə cavablandırılıb. Təlim zamanı mövzunun daha yaxşı mənimsələnilməsi üçün müxtəlif praktiki tapşırıqlar təşkil edilib. Həmçinin iştirakçılar öz mövcud təcrübələrini bölüşərək təlimçi ilə müzakirələr aparıb. 28 fevral tarixində baş tutan təlimin sonunda isə iştirakçılara sertifikatlar təqdim edilib.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilir.