“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində 27 fevral 2021-ci il tarixində Azad Qəhrəmanlının təqdimatında “Kənd turizmi biznesi necə işləyir?” təlimi həyata keçirilib.

Təlimdə Buynuz, Xanagah, Topçu, Sumağanlı, Təzəkənd kəndlərindən layihədə iştirak üçün seçilmiş gələcəyin sahibkarları iştirak edib. Təlimçi tərəfindən kənd turizmi biznesi və bu biznesin qazanc imkanları, əsas uğur faktorları barədə iştirakçılara ətraflı məlumat verilib. Müxtəlif interaktiv qrup işləri təşkil edilib. Həmçinin iştirakçılar ilə mövzu üzrə fikir mübadiləsi aparılıb və sualları ətraflı şəkildə cavablandırılıb.

Qeyd edək ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilir.

Gələcəyin sahibkarları “Kənd turizmi biznesi necə işləyir?” mövzusunda təlimdə iştirak ediblər