“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində növbəti təlim Sarvan Aslanovun təqdimatında “Müştəri etirazları və narazılıqları ilə iş” təlimi həyata keçirilib.
Təlim zamanı iştirakçılara müştəri etirazları və onların yaranma səbəbləri, etirazlarla işləməyin düzgün metodları, narazılıqların səbəblərini aydınlaşdırmağın yolları mövzuları ətraflı şəkildə izah edilib. Mövzunun daha yaxşı mənimsənilməsi üçün iştirakçılar ilə müxtəlif öyrədici tapşırıqlar həyata keçirilib. Təlimin sonunda onlara sertifikatlar təqdim edilib. İsmayıllının Buynuz, Xanagah, Topçu, Sumağanlı, Təzəkənd kəndlərindən iştirak üçün seçilmiş gələcəyin 15 sahibkarı növbəti mərhələdə sahibkarlıq obyektlərinin təmirinə və avadanlıqlarla təchiz olunma prosesinə cəlb olunacaqlar.
Qeyd edək ki, peşəkar təlimçi Sarvan Aslanov "Gobustone" şirkətində satış müdiridir.