“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində İsmayıllının Buynuz, Xanagah, Təzəkənd kəndlərinin və Lahıc qəsəbəsinin sakinlərinin məlumatlandırılması baş tutub. Beləki, 16-17 oktyabr tarixində kənd sakinlərinin evlərinə gedilib, onlara layihənin braşurları təqdim edilib və layihədə iştiraka cəlb ediliblər. Ümumilikdə 300 nəfərə yaxın kənd sakibi layihə haqqında məlumat əldə edib. Vətəndaşların könüllü müraciətindən sonra seçilən vətəndaşlarla növbəti görüş keçiriləcək. Onların gözləntiləri öyrənilməklə, layihənin mərhələləri haqqında daha geniş məlumat veriləcək. Uyğun namizədlərin seçilməsindən sonra kənd sakinlərinə peşəkar təlimlər keçiriləcək, sahibkarlıq obyektləri təmir olunacaq və müvafiq avadanlıqlarla təmin olunacaq. Nəticədə kənd turizmi sahəsində 15 sahibkarlıq obyekti təsis olunacaq. 60-a yaxın şəxsin özünüməşğulluğu təmin ediləcək.

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi kəndlərdə sahibkarlığın inkişafı, məşğulluğun təmin edilməsi və əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət etməkdir.

Əhalinin layihə haqqında məlumatlandırılması baş tutub