Bir kənd düşünün, dağlar qoynunda, hər tərəfi nağıllardakı kimi payızın qızılına bürünmüş, düz, rahat, hər iki tərəfi yaşıllıqlarla örtülmüş yolları olan. İnsanları gülərüz və şən. Böyük Qafqaz dağlarının qoynunda yerləşən İsmayıllı rayonunun Buynuz kəndi məhz belə bir yerdir. Bu baxımdan “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi bu kənddə sahibkarlığın inkişafına, məşğulluğa və əhalinin rifah halının yaxşılaşdırılmasına dəstək olur. Layihə kənd turizminin və ekoturizmin inkişafına da təkan verəcəyindən Buynuz kəndi sözün əsl mənasında qonaqlara açıq olacaqdır. Bəs, Buynuz kəndi nə vəd edir?! Qəşəng təbii məhsullardan hazırlanmış cürbəcür təamlar, mehriban kənd camaatına qarışıb kənd həyatının gözəlliyini duymaq, təbiət qoynunda dincəlmək və daha nələr.