Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi uğurla davam edir. Layihənin əsas məqsədi kəndlərdə sahibkarlığın inkişafına, məşğulluğa və əhalinin rifah halının yaxşılaşdırılmasına dəstək olmaqdır.
Layihə çərçivəsində İsmayıllı rayonunun Buynuz və Xanəgah kəndlərinin bir qrup sakini ilə görüş keçirilib. Belə ki, layihənin "Məlumatlandırma" mərhələsində hər iki kəndin 300 nəfərə yaxın kənd əhalisi layihə haqqında məlumatlandırılıb və layihədə iştirak üçün seçim meyarlarına uyğun 50 nəfərə yaxın kənd sakini müraciət edib. Müraciət edən şəxslərlə kiçik qruplarda görüşlər keçirilir, onlara layihənin gedişatı və s. haqqında ətraflı məlumat verilir. Həmçinin, kənd sakinləri ehtiyaclarının öyrənilməsi üçün sorğuya cəlb olunurlar.
Bundan başqa, keçirilən görüş zamanı sakinlərin sahibkarlıq obyekti kimi istifadə edəcəkləri evlərinə və ərazilərinə baxış da keçirilib.
Qeyd edək ki, layihə nəticəsində 15 sahibkarlıq subyekti təsis olunacaq, 60 nəfər yaxın şəxsin məşğulluq problemi həll olunacaqdır.
Layihə 7 sentybar 2020- 7 aprel 2021-ci il tarixlərini əhatə edir.