Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi uğurla davam edir. Layihənin əsas məqsədi kəndlərdə sahibkarlığın inkişafına, məşğulluğa və əhalinin rifah halının yaxşılaşdırılmasına dəstək olmaqdır.

Layihə çərçivəsində İsmayıllı rayonunun Buynuz və Topçu kəndlərindən uğurla qeydiyyatdan keçmiş bir qrup kənd sakini ilə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində növbəti görüş keçirilib. Qeydiyyatdan keçmiş şəxslərlə kiçik qruplar halında görüşlər keçirilib, onlara layihənin fəaliyyətləri barədə ətraflı məlumat verilib. Eyni zamanda kənd sakinlərinin sualları ətraflı şəkildə cavablandırılıb.

Qeyd edək ki, layihə nəticəsində 15 sahibkarlıq subyekti təsis olunacaq, 60 nəfərə yaxın şəxsin məşğulluq problemi həll olunacaqdır.

Layihə 7 sentybar 2020- 7 aprel 2021-ci il tarixlərini əhatə edir.

Kənd sakinləri ilə növbəti görüş keçirilib