İki min ildən çox tarixə malik olan və dünyaya səs salmış maddi-mədəniyyət nümunələrinin vətəni olan Lahıc qəsəbəsi daima öz təbiiliyini qoruyub saxlamış sənətkarlıq ocaqları ilə seçilmişdir. Burada yerli ustaların misdən hazırladıqları incə və mürəkkəb naxışla bəzədikləri əl işləri ilə tanış olmaq, qədimi məhəllə məscidlərini, hamamları ziyarat etmək, kənd təsərrüfatının inkişaf ilə yaxından tanış olmaq imkanları var. “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi Lahıc qəsəbəsinin bu potensialını görüb bu ərazini layihəyə daxil etmişdir.