1936-cı ildə salınmış Təzəkənd kəndi gözəl təbiəti ilə həm yerli, həm də xarici turistləri valeh edir. Füsunkar təbiəti, əlverişli torpağı, işlək camaatı və turizm sahəsinin inkişaf etdirilməsi üçün möhtəşəm olan bu yer bu kimi özəlliklərinə görə “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinə əlavə edilmişdir. Layihə çərçivəsində siz kənd camaatı ilə tanış olub, yerli kənd təsərrüfatı haqqında məlumat əldə edə, kənd məhsullarından dada biləcəksiniz. Təzəkənd həmçinin təbiətsevərlər üçün ideal bir məkandır. Burada siz kamp qura, at çapa və digər fəaliyyətlər ilə məşğul ola biləcəksiniz.