Dağlar qoynunda yerləşən İsmayıllı rayonunun Xanagah kəndi təbiətin gözəl qoxusunu, rənglərin ahəngliyini hiss etmək, təbiətdə çadır qurub dincəlmək, yerli mətbəxi dadmaq, kənd təsərrüfatı ilə yaxından tanış olmaq üçün ideal bir məkandır. Xanəgah kənd camaatı da yeniliklərə açıqdır. Bilirdiz ki, "Ginnesin Rekordlar Kitabı"na düşmək üçün uzunluğu 4 m, eni 63 sm, hündürlüyü 5 sm, çəkisi 500 kq olan sabunu bişirən Mirəstə xanım da məhz bu kənddəndir. Kəndin potensialı və camaatın əzmkarlığı, yeniliklərə açıq olması Xanagahın “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinə daxil edilməsinə səbəb olmuşdur.

"Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı" layihəsi Xanagah kəndində həyata keçirilir