“Kəndlərdə sahiblarlığın və özünüməşğulluq inkişafı” layihəsi çərçivəsində 11 yanvar 2020-ci il tarixində Buynuz, Xanagah, Təzəkənd kəndlərindən seçilmiş bir qrup kənd sakini ilə onlayn formatda işgüzar görüş keçirilib.

Görüşdə seçilmiş şəxslərə layihənin “Hüquq və təlim”, “Təmir və təchizat”, “Biznesin inkişafı”, “Monitorinq və araşdırma” mərhələsi barədə detallı məlumat verilib və iştirakçılar ilə müzakirə həyata keçirilib. Həmçinin iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

Qeyd edək ki, layihəyə qeydiyyat hələ də davam edir. Qeydiyyatdan keçmək üçün 25 yanvar 2021-ci il tarixinə qədər bizimdiyar.az saytına müraciət etmək və ya +994503418504 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.

Layihə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilir.

Seçilmiş bir qrup kənd sakini ilə “Zoom” platforması vasitəsilə görüş keçirilib
Seçilmiş bir qrup kənd sakini ilə “Zoom” platforması vasitəsilə görüş keçirilib