“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində Sarvan Aslanovun təqdimatında “Qonaq evində əlavə satışlar” təlimi həyata keçirilib.
Təlimdə iştirakçılar qonaq evində əlavə satış üsulları, onları effektiv şəkildə təqdim etmənin yolları, müştəridə istək yaratmağın metodları barədə geniş məlumat alıblar. Həmçinin təlim zamanı iştirakçılar öz təcrübələrini bölüşərək fikir mübadiləsi aparıblar.
Təlimin sonunda isə iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə 2020-ci ilin sentyabr ayından etibarən “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilir.
Layihənin məqsədi sahibkarlığın inkişafı, məşğulluğun təmin edilməsi və əhalinin rifah halının yaxşılaşdırılmasıdır.