“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində 9 mart 2021-ci il tarixində Nəcəf Bədəlovun təqdimatında “Qonaq evində standartlar və təhlükəsizlik” təlimi həyata keçirilib.

Təlimdə iştirakçılar qonaq evinə və otaqlara aid olan ümumi standartlar ilə tanış olub, qonaqlar üçün nəzərdə tutulan ləvazimatlarla işləmə bacarıqlarını əldə edib, turistlərin təhlükəsizliyinin təmin edilməsi barədə məlumat alıblar. Həmçinin təlim zamanı iştirakçılar öz təcrübələrini bölüşərək fikir mübadiləsi aparıb.

Təlimin sonunda isə iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə 2020-ci ilin sentyabr ayından etibarən “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilir.

Layihə iştirakçıları qonaq evində standartlar və təhlükəsizlik qaydaları barədə məlumat əldə ediblər