“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində gələcəyin sahibkarlarına 3 mart 2021-ci il tarixində Nəcəf Bədəlovun təqdimatında “Təmizlik və gigiyena” təlimi keçirilib.

Təlimdə Buynuz, Xanagah, Topçu, Sumağanlı, Təzəkənd kəndlərindən layihədə iştirak üçün seçilmiş gələcəyin 15 sahibkarı iştirak edib. Təlimçi tərəfindən ümumilikdə qonaq evinin hazırlanması, gigiyena qaydaları, kimyəvi dərmanlardan istifadə qaydaları, qonaq otağının hazırlanması, camaşırların idarə olunması mövzuları barədə ətraflı məlumat verilib. Həmçinin iştirakçılar ilə mövzu üzrə fikir mübadiləsi aparılaraq mövzu ilə əlaqədar sualları ətraflı şəkildə cavablandırılıb.

Qeyd edək ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi AR Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilir.

Layihə iştirakçıları qonaq evində təmizlik və gigiyenanın təşkili barəsində keçirilən təlimdə iştirak ediblər