Vergi mövzusu daim sahibkarları maraqlandıran və narahat edən önəmli mövzulardan biridir. Təlimçimiz Orxan Balayev "Vergi və hüquqi prosedurlar" mövzusunda dövlətin sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi ilə bağlı vergi sahəsində həyata keçirdiyi tədbirlər, praktiki olaraq bəyənnamələrin və hesabatların hazırlanması, www.e-taxes.gov.az saytlarından ən uyğun şəkildə istifadə qaydaları⁣ və s. mövzularına toxulanacaq.

Orxan Balayev 2010-cu ildən etibarən Vergi orqanlarında çalışır. Artıq 8 ildir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə və ya məşğul olan şəxslərə vergi və hüquqi prosedurlar mövzusunda təlimlər və konsultasiyalar həyata keçirir. Əmək fəaliyyəti dövründə Elmi Tədqiqalar İnstitunda müxtəlif vəzifələrdə, BMT-nin müxtəlif biznes layihələrində layihə rəhbəri və koordinatoru vəzifəsində çalışıb.
 
İqtisad üzrə fəlsəfə doktoru olan təlimçi sahibkarlıq sahəsində marketing araşdırmaları və reklam işinin iqtisadiyyatı ilə bağlı 10-dan çox elmi məqalənin müəllifidir.

Layihə iştirakçılarına "Vergi və Hüquqi prosedurlar" barədə təlim keçiriləcək