Marxal Müalicə-İstirahət Kompleksi"-nin baş meneceri Nəcəf Bədəlov “Turist xidmətinin təşkili”, “Qonaq evində təmizlik və gigiyena”, “Qonaq evində qidalanma”, “Qonaq evində standartlar və təhlükəsizlik” haqqında təlim keçəcəkdir.
Təlimçi Nəcəf Bədəlov ilk turizm fəaliyyətinə 2009-cu ildə "Advent tur" turizm şirkətində daxili turizm mütəxəssisi vəzifəsi ilə başlamış daha sonra isə mehmanxana biznesi sahəsində karyerasını davam etdirmişdir. Mehmanxana sahəsində "Jumeirah Bilgah Beach Hotel" də daxil olmaqla fərqli beynəlxalq və yerli markalarla çalışmaqla 11 ildən çox qonaqpərvərlik təcrübəsi var. 5 illik hotel sahəsi üzrə təlimçilik təcrübəsi vardır.
“Turist xidmətinin təşkili” təliminə daxildir:
- Kənd qonaq evləri;
- Turist anlayışı və xidmətin təşkilinin əsasları.
“Qonaq evində təmizlik və gigiyena” təlimi aşağıdakı mövzuları əhatə edir:
- Təmizlik və gigiyena;
- Qonaq evinin hazırlanması;
- Şəxsi baxımlılıq və gigiyena;
- Çamaşır anlayışı və onun təmizliyi.
“Qonaq evində qidalanma” aşağıdakı mövzulardan bəhs edir:
- Qidalanmanın təşkili;
- Özünəxidmətin təşkili;
- Menyu;
- Masanın hazırlanması.
“Qonaq evində standartlar və təhlükəsizlik” təlimi aşağıdakıları əhatə edir:
- Kənd qonaq evinin standartları;
- Minimal standartlar;
- Texniki və təsərrüfat işləri.