“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində 7 mart 2021-ci il tarixində Murad Qəhrəmanlının təqdimatında “Müştərilərlə danışıqların aparılması texnikaları” təlimi həyata keçirilib.
Təlim zamanı iştirakçılara müştərilərlə danışıqların aparılmasının əsasları, müştəri narazılıqları ilə işləmə texnikaları kimi mövzular ətraflı şəkildə izah edilib. Mövzunun daha yaxşı mənimsənilməsi üçün iştirakçılar ilə müxtəlif öyrədici tapşırıqlar həyata keçirilib. Təlimin sonunda isə iştirakçılara sertifikatlar təqdim edilib. İsmayıllının Buynuz, Xanagah, Topçu, Sumağanlı, Təzəkənd kəndlərindən iştirak üçün seçilmiş gələcəyin 15 sahibkarı növbəti mərhələdə sahibkarlıq obyektlərinin təmirinə və avadanlıqlarla təchiz olunma prosesinə cəlb olunacaqlar.
Qeyd edək ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə 2020-ci ilin sentyabr ayından etibarən “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilir.