Uğurlu biznesin sirlərindən biri də müştəri etirazları ilə işləmək bacarığıdır. Təlimçimiz Sarvan Aslanov “Müştəri etirazları və narazılıqları ilə iş” və “Qonaq evində əlavə satışlar" təlimində uğurlu təqdimat bacarıqları və narazılıqlar ilə işləmək barədə ətraflı danışacaq.

Təlimçi Sarvan Aslanov 2007-ci ildən peşəkar satışla məşğul olur. Azərbaycanın aparıcı inşaat materialları istehsalçıları olan "Azenco ASC", "STP MMC", "AKKORD SENAYE İNVESTİSİYA ASC"-də uğurlu satış mütəxəssisi kimi fəaliyyət göstərmiş, uzun müddət "Sinergy Holding AAC MMC"-ə daxil olan "Gobustone" şirkətinin korporativ satışlar üzrə aparıcı mütəxəssisi vəzifəsində çalışmışdır. Hal-hazırda "Gobustone" şirkətində satış müdiridir. 10 illik satış təlimləri keçmək təcrübəsi var.

“Müştəri etirazları və narazılıqları ilə iş” təlimi sizə nə qazandıracaq:
- Etiraz və narazılıqları ilə iş;
- Ən çox rastalanan narazılıqlar və onların səbəbləri;
- Narazılıqlarla işləmə texnikaları.

“Qonaq evində əlavə satışlar" təlimi sizə nə qazandıracaq:
- Evin və əlavə xidmətlərin təqdimatı;
- Parlaq təqdimat texnikaları;
- Satışın bitirilməsi;

"Qonaq evində əlavə satışlar” və “Müştəri etirazları və narazılıqları ilə iş” təlimi keçiriləcək