“Turist xidmətinin təşkili” mövzusunda, Nəcəf Bədəlovun təqdimatında keçirilən təlim iştirakçıların böyük marağına səbəb olub. Təlim iştirakçılarına kənd qonaq evi və onun təşkili, qonaqlama xidmətinin təşkilinin əsasları, müştəri məmnuniyyəti, turistlər üçün əlavə xidmətlərin təşkili və s. mövzuları barədə geniş məlumat verilib, suallar geniş şəkildə cavablandırılıb. Həmçinin təlim zamanı iştirakçılar öz təcrübələrini bölüşərək fikir mübadiləsi aparıblar.

2 mart tarixində baş tutan təlimdə Buynuz, Xanagah, Topçu, Sumağanlı, Təzəkənd kəndlərindən layihədə iştirak üçün seçilmiş gələcəyin sahibkarları iştirak edib və onlara təlimin sonunda sertifikatlar təqdim edilib.

Qeyd edək ki, peşəkar təlimçi Nəcəf Bədəlov Marxal Müalicə-İstirahət Kompleksi"-nin baş meneceri vəzifəsində çalışır.

Nəcəf Bədəlovun təqdimatında “Turist xidmətinin təşkili” mövzusunda təlim baş tutub