“Pul vəsaitlərinin idarə olunması” mövzusunda, Vüsal Səlimovun təqdimatında keçirilən təlim iştirakçıların böyük marağına səbəb olub. Təlim iştirakçılarına maliyyə vəsaitlərinin düzgün idarəedilməsi, pul vəsaitlərinin planlanması, mənfəətlilik və s. mövzuları barədə geniş məlumat verilib, sualları cavablandırılıb. Həmçinin təlim zamanı iştirakçılar öz təcrübələrini bölüşərək fikir mübadiləsi aparıblar.

Təlimdə Buynuz, Xanagah, Topçu, Sumağanlı, Təzəkənd kəndlərindən layihədə iştirak üçün seçilmiş 15 nəfər gələcəyin sahibkarı iştirak edib və onlara təlimin sonunda sertifikatlar təqdim edilib.

Qeyd edək ki, peşəkar təlimçi Vüsal Səlimov "Good Finance" şirkətinin həmtəsisçisi və direktorudur.

Peşəkar təlimçi Vüsal Səlimov gələcəyin sahibkarlarına maliyyə vəsaitlərinin düzgün idarəedilməsi mövzusunda təlim keçib