9 mart 2021-ci il tarixində Nəcəf Bədəlovun təqdimatında “Qidalanmanın təşkili” mövzusunda interaktiv təlim baş tutub.
Təlimdə iştirakçılara qidalanmanın təşkili, menyunun və masanın hazırlanması mövzuları barədə ətraflı məlumat verilib. Eyni zamanda iştirakçılar ilə masanın hazırlanması barədə praktiki tapşırıqlar həyata keçirilib və səhvlər müzakirə edilərək izah edilib. Təlimdə Buynuz, Xanagah, Topçu, Sumağanlı, Təzəkənd kəndlərindən layihədə iştirak üçün seçilmiş gələcəyin 15 nəfər sahibkarı iştirak edib.
Qeyd edək ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilir.