Təlimçimiz Murad Qəhrəmanlı “Müstəri ilə ünsiyyət texnikaları” və “Müştərilərlə danışıqların aparılması texnikaları” mövzusunda təlim keçəcəkdir. Bu təlimdə iştirak etməklə siz nələr qazanacaqsınız:
- “Müştəri ilə ünsiyyət texnikaları” təlimində sizlər müştəri ilə ünsiyyət qaydaları, etibarlı və pozitiv ünsiyyətin qurulması, etiket qaydalarına bələd olacaqsız.
- “Müştərilərlə danışıqların aparılması texnikaları” təlimində isə siz müştərilərlə danışıqların aparılmasını, əlavə xidmətlərə maraq yaratma texnikaları haqqında məlumat alacaqsınız.
Bəs təlimçimiz Murad Qəhrəmanlı kimdir?
2005-ci ildən 2014-cü ilə qədər birbaşa satış sistemində çalışıb. Hazırda Murad Qəhrəmanlı "SAT Group" şirkətinin satış müdiri və "Praktiki satış" təlimləri üzrə təlimçisidir. 9 ildən çoxdur ki, satış təlimləri keçmək təcrübəsi var. Bir neçə natiqlik müsabiqələrinin qalibidir.