“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində təsis olunmuş sahibkarlıq subyektlərinin sahibkarları ilə konsultativ görüş keçirilib.

Görüşdə sahibkarlarla yeni təsis edilən “kənd qonaq evləri” nin fəaliyyətində qarşılaşdıqları çətinliklər, yaranmış yeni imkanlar, vergi ödəmələri və s. haqqında müzakirələr aparılıb. Qarşıdan gələn payız və qış aylarında “kənd qonaq evləri”nin fəaliyyətinin təşkili ilə bağlı planlar müzakirə edilib.

Qeyd edək ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı" layihəsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilib. Layihə çərçivəsində İsmayıllı rayonunun kəndlərində 15 sahibkarlıq obyekti təsis edilib və kənd qonaq evi kimi fəaliyyətə başlayıb.

Sahibkarlar ilə işgüzar görüş keçirilib
Sahibkarlar ilə işgüzar görüş keçirilib
Sahibkarlar ilə işgüzar görüş keçirilib