Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin “Təmir və Təchizat” mərhələsi uğurla yekunlaşıb.

Belə ki, 15 sahibkarlıq obyekti əsaslı şəkildə təmir edilərək yerli və xarici turistlərin qonaqlama xidmətini həyata keçirmək üçün sahibkarlara təhvil verilib. Eyni zamanda bu
mərhələdə sahibkarlıq obyektləri Dövlət Məşğulluq Agentliyinin aqroturizm zərfi üzrə qonaq evinə lazım olan bütün avadanlıqlarla təmin edilir. Avadanlıqar siyahısına divan və kreslo dəsti, stol və stul dəsti, yataq dəsti mebeli, qarderob, soyuducu, kondisoner, televizor və televizor şkafı, ütü və ütü masası, mikrodalğalı soba, tozsoran, mətbəx ləvazimatları və s. daxildir.Avadanlıqların təhvil verilmə prosesi uğurla davam edir. Yaxın günlərdə sahibkarlıq obyektlərinin (kənd qonaq evlərinin) açılış mərasimi baş tutacaq.

Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd sahibkarlığın inkişafı, özünüməşğulluğun təmin edilməsi və əhalinin rifah halının yaxşılaşdırılmasıdır.

Ümumilikdə layihə çərçivəsində 300 nəfərə yaxın kənd sakini məlumatlandırılıb. Layihə 2020-ci ilin sentyabr ayından etibarən start götürüb və 2021-ci ilin may ayında başa çatacaq. Layihə çərçivəsində gələcək sahibkarların bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə silsilə təlimlərə keçirilib, 15 sahibkarlıq obyekti təsis olunub ki, onlara fəaliyyət göstərəmələri üçün lazımi təmir və təchizat dəstəyi göstərilir.

Sahibkarlıq obyektləri lazımi avadanlıqlar ilə təchiz edilir