25 fevral 2021-ci il tarixində Buynuz, Xanagah, Topçu kəndlərindən seçilmiş bir qrup kənd sakini ilə layihə çərçivəsində onlayn formatda işgüzar görüş keçirilib.
Görüşdə seçilmiş şəxslərə layihənin “Hüquq və təlim”, “Təmir və təchizat”, “Biznesin inkişafı”, “Monitorinq və araşdırma” mərhələsi barədə ətraflı məlumat verilib və iştirakçılar ilə müzakirə həyata keçirilib. Eyni zamanda iştirakçıları maraqlandıran suallar detallı şəkildə cavablandırılıb. Həmçinin başladılacaq silsilə təlimlər, peşəkar təlimçilər haqqında da layihə iştirakçılarına məlumat verilib. Məlumat üçün qeyd edək ki, layihə iştirakçılarını müxtəlif mövzularda təlimlərə cəlb etməklə onların sahibkarlıq düşüncə tərzinin formalaşmasına, bilik və bacarıqlarının artırılmasına nail olunacaq.
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı" layihəsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilir.