Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin növbəti mərhələsi də uğurla yekunlaşıb. Belə ki, layihə iştirakçıları  “Təlim və Hüquq” mərhələsində peşəkar təlimçilərin iştirakı ilə interaktiv və praktik təlimlərdə iştirak ediblər. 

“Kənd turizmi biznesi necə işləyir?”, “Qonaq evində əlavə satışlar”, “Maliyyənin idarə edilməsi”, “Kənd turizmi biznesində qazanc imkanları”, “Turist xidmətinin təşkili”, “Müştəri ilə ünsiyyət texnikaları”, “Qonaq evində standartlar və təhlükəsizlik” və s. kimi mövzularda keçirilən təlimlərin əsas məqsədi gələcəyin sahibkarlarının bilik və bacarıqlarını inkişaf etdirmək idi. 

Layihədə İsmayıllının Buynuz, Xanagah, Sumağanlı, Topçu və Təzəkənd kəndlərindən ümumilikdə 15 sahibkar iştirak edir. Hal-hazırda gələcəyin sahibkarlarının kənd turizmi sahəsində fəaliyyət göstərmələri üçün sahibkarlıq obyektlərinin təmir və təchizat prosesi davam edir. 

Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd sahibkarlığın inkişafı, özünüməşğulluğun təmin edilməsi və əhalinin rifah halının yaxşılaşdırılmasıdır.

Ümumilikdə layihə çərçivəsində 300 nəfər yaxın kənd sakini məlumatlanıb. Layihə 2020-ci ilin sentyabr ayından etibarən start götürüb və 2021-ci ilin aprel ayında başa çatacaq. Nəticədə 15 sahibkarlıq obyekti təsis olunur ki, onlara fəaliyyət göstərəmələri üçün  lazımi təmir və təchizat dəstəyi göstərilir.

Gələcəyin sahibkarları üçün həyata  keçirilmiş silsilə təlimlər uğurla yekunlaşıb