Puldan düzgün istifadə hər kəsi maraqlandıran və narahat edən mövzulardandır. Təlimçimiz Vüsal Səlimov “Pul vəsaitlərinin idarə olunması” təlimində maliyyənin idarə edilməsi, pul vəsaitinin idarə olunması, maliyyə planlaması və mənfəətlilik mövzularına toxunacaqdır.
Vüsal Səlimovun 10 ilə yaxın maliyyə təcrübəsi var. O, "Moore Stephens Azerbaijan", "AGN Mak Audit", "Mol Bulak BOKT", "Embafinans BOKT", "Monolit Group", "Optimal Elektronics", "Modern Group" şirkətlərində baş mühasib, maliyyə direktoru, audit komitəsinin sədri vəzifələrində çalışmışdır. Hal-hazırda "Good Finance" şirkətinin həmtəsisçisi və direktorudur. "Good Finance" şirkətinin əsas fəaliyyəti korporativ müştərilərə çeşidli maliyyə xidmətlərinin göstərilməsidir.